ADNSU-da “Microsoft Office Specialist” sertifikatı üçün imtahan keçirilib

Microsoft Azərbaycan şirkəti və Azİİ İT Academy-nin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin “Microsoft Office Specialist” sertifikatı əldə etməsi üçün imtahan təşkil edilib.

Noyabrın 15-dən etibarən keçirilən imtahanlarda iştirak edən 135 nəfər Microsft Word, Microsoft Excel və Microsoft Power Point proqramlarından birindən imtahan veriblər. İmtahan online qaydada xüsusi proqram vasitəsilə keçirilib.

İmtahanların sonunda 30 nəfər “Microsoft Office Specialist” sertifikatı ilə təmin olunub.


© 2017