Uduş fondu – $20 000 olan IT çempionatında qeydiyyatdan keçmək imkanınız var

Sizin gənclər arasında keçiriləcək “Golden Byte-2018” beynəlxalq IT çempionatında qeydiyyatdan keçmək imkanınız var. Uduş fondu – $20 000!

Çempionat artıq 10-cu dəfədir baş tutur. Hər il çempionatda Ukraynadan, Belorusiyadan, Qazaxıstandan, Rumıniyadan, Slovakiyadan, Bolqarıstan və Moldovadan 10 000-dən çox gənc iştirak edir. Bu il Azərbaycan artıq ikinci dəfə olaraq bu çempionatda iştirak edir, və buna görə sənin öz ölkəni beynəlxalq səviyyədə təmsil etmək şansın var.

2018-ci ildə iştirakçılara “Create the new world” mövzusunda aşağıdakı nominasiyalar üzrə mübarizə aparacaq


Startup Challenge – proqram lahiyələri müsabiqəsi.
Networking Technologies – sistem inzibatçıları nominasiyası.
Mobile Development – mobil proqramlar müsabiqəsi.
Game Design – oyun yaratma müsabiqəsi.
Character Design – oyun personajlarının yaradılması üzrə müsabiqə.
Web Design – web-lahiyələr müsabiqəsi.
Short Movie – qısa film müsabiqəsi.
NoSQL Expert – məlumat bazaları ilə iş üçün proqram konkursu.
Junior Competition – 10-17 yaşlı məktəblilər müsabiqəsi.

 

Məhz sənin ideyan IT dünyasında çevrilişə səbəb ola bilər! Cəsarətli ol “Golden Byte- 2018” beynəlxalq IT çempionatında iştirak et!

 

Qeydiyyat http://www.goldenbyte.org/


© 2017